Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Putin hələ təqaüdə çıxmaq niyyətində olmadığını bildirib

Rusiya Federasiyasının prezidenti Vladimir Putin hesab edir ki, onun hələ təqaüdə çıxmaq yaşı çatmayıb.

“Report” “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı beynəlxalq diskussiya klubu “Valday”ın iclasındakı çıxışında bildirib

“Hörmətli moderator mənə təqaüdə sağ-salamat çıxmağı arzuladı, mən həmçinin bunu özümə arzu edirəm. Lakin nə vaxt ki, zaman gələcək onda təqaüdə çıxacam. Bu çox düzgündür və onu etmək lazımdır.

Amma mən hələ ki təqaüd yaşımda deyiləm. Böyük dövlətin hakimiyyətdə olan rəhbəri təmkinli olmalı, öz ifadələrində təcavüzkarlıq nümayiş etdirməməlidir” – deyə Putin qeyd edib.

Putinin sözlərinə görə, təcavüzkarlıq onun stili deyil. 

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir