Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Türkiyə şirkəti Təbrizin “Traxtor” komandasına sponsor oldu – TARİXİ QƏRAR

İran və Türkiyə mediası Türkiyədə qərargahlanan beynəlxalq hava yolları şirkəti Atlas Global-ın Təbrizin Traktorsazi (Traxtor) komandasının yeni sponsoru olduğunu bildirirlər.

 

Boyukmillet.com xəbər verir ki, Anadolu agentliyi və Şərqi Azərbaycan vilayətində fəaliyyət göstərən internet portalları bu haqda məlumat yayıb.

Məlumata görə, Türkiyədə “dünyanın ən çox tərəfdarı olan türk komandası” kimi tanınan Traktorsazi İran milli futbol çempionatı oyunlarının yeni mövsümündə üzərində Atlas Global şirkətinin logosu olan formalarla meydana girəcək.

Traktorsazi və Atlas Global məsullarının görüşməsi

Traktorsazi və Atlas Global məsullarının görüşməsi

Traktorsazi klubunun rəsmi veb səhifəsi iyulun 26-da əyinlərində yeni formaları ilə üç oyunçusunun şəklini yayıb.

Formaların ortasında həmin şirkətin logosu və adı, logonun üzərində isə daha kiçik bir ölçüdə Urmiyə Gölünün şəkli dərc edilib.

Güney Azərbaycandan əlavə, İranın digər bölgələrində yaşayan türklər arasında da çoxsaylı azarkeşi olan “Traxtor” komandası davamlı olaraq Türkiyə mediası, o cümlədən Hürriyet, Milliyet və Yeni Şafak kimi əhəmiyyətli qəzetlərin gündəmində olur. Həmin qəzetlər Traktorsazi komandasını “dünyanın ən çox tərəfdarı olan türk komandası” kimi təqdim edirlər.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir