Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Türkiyə və Rusiya prezidentləri arasında görüş başa çatıb

“Ərdoğanla İdlib məsələsində ciddi və razılaşdırılmış qərarla bağlı razılaşma əldə etdik”.

Bunu Rusiya prezidenti Vladimir Putin Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlardan sonra bildirib. 

Rusiya prezidenti Ərdoğanla konstruktiv danışıqlar keçirdiyini bildirib. 

Qeyd edək ki, Soçidə keçirilən danışıqlar 4 saat yarım davam edib.

Danışıqlar zamanı oktyabrın 15-dək İdlibdə müxalif qüvvələrlə Suriya ordusunun təmas xəttində eni 15-20 kilometr olan demilitarizasiya zonasının yaradılması qərara alınıb.

(Interpress.az)

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir