Çərşənbə axşamı , 13 Yanvar 2026
Drone Cameras

Türkiyə XİN-dən Xocalı soyqırımı ilə bağlı bəyanat

“Türkiyə olaraq azərbaycanlı qardaşlarımızın 26 il əvvəl Xocalıda üzləşdiyi qəddar hücum və qətliamı hər zaman qəlbimizin ən dərinliyində hiss edir və u kədəri paylaşırıq”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə XİN-in Xocalısoyqırımının ildönümü ilə bağlı bəyanatında deyilir.

“Bu qətliamı və Azərbaycan torpaqlarının illərlə davam edən işğalını şiddətlə qınayırıq”, – deyə bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, Ermənistan Respublikasının silahlı bölmələri tərəfindən 1992-ci il fevralın 26-da Yuxarı Qarabağın Xocalı şəhərinə edilən hücumda qadın və uşaqlar da daxil olmaqla, yüzlərlə Azərbaycan vətəndaşı qətlə yetirilib və yaralanıb, mindən çox insan əsir götürülüb: “İtkin düşənlərin aqibəti bu günə kimi öyrənilməyib. Dinc sakinlərə qarşı edilən bu insanlıqdan kənar hücum bütün dünya ictimaiyyətinin yaddaşına həkk olunub və vicdanlarda dərin yaralar açıb. Bu gün hələ də Azərbaycan torpaqlarının beşdə biri işğal altındadır. Bir milyondan çox azərbaycanlı öz vətənində qaçqın vəziyyətində yaşayır”.

Türkiyə XİN Xocalı faciəsində həyatını itirənlərə rəhmət diləyib, başsağlığı verib. (“Interpress”)

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir