Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

TürkPA-nın baş katibi Rusiya səfirinin öldürülməsini qınayıb

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsini qınayıb.

TürkPA-dan “Report”a verilən məlumata görə, J.Asanov səfirin ölümünə səbəb olan terror aktını şiddətlə qınayıb.

“TürkPA üzvü olan dövlətlər həmişə terrorizmin hər hansı bir növü və yaxud təzahür formasına qarşı çıxış ediblər. Buna görə də səfirin öldürülməsinə heç bir halda bəraət qazandırıla bilməz. Bu, ölkələr arasında mehriban qonşuluq münasibətlərini korlamaq niyyəti güdən aktdır”, – baş katib vurğulayıb.

Qeyd edək ki, TürkPA 2008-ci ildə yaradılıb. Təşkilata Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızısan daxildir.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir