Şənbə , 27 İyul 2024
Drone Cameras

Tevez “Şanxay” klubuna keçdikdən sonra dünyanın ən yüksək ödənişli futbolçusu olacaq

Argentinanın “Boka Xuniors” klubunun hücumçusu Karlos Tevez Çinin “Şanxay Şenxua” klubuna keçidi rəsmiləşdikdən sonra dünyanın ən yüksək ödənişli futbolçusu olacaq.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Daily Mail” qəzeti yazıb.

“Boka Xuniors” rəhbərliyi futbolçunun Çin komandasına keçidinin bu yaxınlarda gerçəkləşəcəyini təsdiq edib. 32 yaşlı forvard artıq komanda və azarkeşlərlə vidalaşıb.

Qəzet yazır ki, Tevez yeni komandasında həftəsinə 615 min funt alacaq ki, bu da onu dünyanın ən yüksək ödənişli futbolçusu edəcək. Hazırda ən çox məvacib alan futbolçu İspaniya “Real”ının hücumçusu Kriştianu Ronaldudur.

Check Also

AQC sədri Türkiyə səfiri ilə görüşüb

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının Prezidenti Vüqar Oruc Türkiyə Respublikasının Azərbaycan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir