Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Tunisdə miqrant qayığı batıb, onlarla insan ölüb

Tunis sahillərində qanunsuz miqrantların olduğu qayığın qəzaya uğraması nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

Boyukmillet.comTASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü Beynəlxalq Miqrasiya Təşkilatının Tunisdəki missiyası məlumat yayıb.

“Son iki gündə Nabeul sahillərində 25 meyit sudan çıxarılıb”, – missiyanın tviter səhifəsində bildirilir.

Təşkilatın məlumatına görə, qayığın göyərtəsində 60 nəfər olduğu güman edilir.

Bundan əvvəl “Sinxua” xəbər agentliyi 20 nəfərin öldüyünü bildirib.

Check Also

İsrail dronu SEPAH-ın aparıcı fiqurunu Tehranda öldürdü

İranın paytaxtı Tehranda SEPAH-ın Aerokosmik Qüvvələrinin aparıcı şəxslərindən biri hesab olunan Məcid Kaşefi öldürülüb. Boyukmillet.com …