Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Tunisin DİN rəhbərinin evində partlayış olub, xəsarət alan var

Tunisin daxili işlər naziri Taufik Şarfeddinin ölkənin paytaxtında yerləşən evində partlayış baş verib, onun həyat yoldaşı yaralanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Tunisin təhlükəsizlik xidmətindəki mənbələrə istinadən “Sky News Arabia” telekanalı məlumat yayıb.

İlkin məlumata görə, partlayışa səbəb qaz sızması olub. Hadisə zamanı nazirin həyat yoldaşı yanıq xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Hadisədən bir neçə saat sonra Prezident Qais Səid nazir və onun xanımını ziyarət edib.

Şarfeddin 2019-cu ilin seçkiləri zamanı Səidin prezidentlik kampaniyasının rəhbəri olub. Ötən ilin oktyabrında o, Daxili İşlər Nazirliyinə rəhbər təyin edilib.

Check Also

Avropada “İran şəbəkəsi” HƏRƏKƏTƏ KEÇDİ: Terror cəhdinin QARŞISI ALINDI

Fransa polisi Parisdə “Bank of America” filialının binası yaxınlığında partlayıcı qurğunun yerləşdirilməsi cəhdinin qarşısını alıb. …