Bazar , 19 Yanvar 2025
Drone Cameras

Türkdilli dövlətlərin beyin mərkəzlərinin toplantısı Şuşada keçiriləcək

Türkdilli dövlətlərin beyin mərkəzlərinin növbəti toplantısı Şuşada keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM-də təşkil edilmiş, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə və Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının yaradılmasına həsr olunmuş “dəyirmi masa”da çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, konfrans bu il iyulun 3-də baş tutacaq.

Xatırladaq ki, aprelin sonunda Şuşada “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq konfrans keçirilib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 20-dən çox ölkədən 50-yə yaxın xarici beyin mərkəzinin ekspertləri, tədqiqatçı alimləri və media nümayəndələri iştirak ediblər.

Check Also

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası ilə əlaqədar istiqamətlər müəyyənləşib

Görüş Şahin Mustafayev və Mher Qriqoryanın sədrliyi ilə reallaşıb Yanvarın 16-da Azərbaycanla Ermənistan arasında dövlət …