Cümə , 6 Mart 2026
Drone Cameras

Türkiyə ordusu şəhidlərin qisasını alıb, 44 terrorçu zərərsizləşdirilib

Türkiyə ordusunun 3 hərbçisinin şəhid olan Şanlıurfanın Akçakale bölgəsində 44 terrorçu zərərsizləşdirilib.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulus Akar bildirib.

Nazirin sözlərinə görə, Akçakaledəki terror hücumundan sonra bölgədə keçirilən antiterror əməliyyatı nəticəsində 44 silahlı məhv edilib: “Terrorçuların hər hücumuna cavab veriləcəyinə və onların məsuliyyətə cəlb olunacağına heç kim şübhə etməsin”.

Qeyd edək ki, yanvarın 11-də Akçakaledə terror hücumu nəticəsində Türkiyənin 3 hərbçisi şəhid olub.

Check Also

İran Silahlı Qüvvələri Türkiyəyə raket atılmadığını bildirib

İran Silahlı Qüvvələri Türkiyə ərazisinə doğru heç bir raket atmadıqları barədə açıqlama yayıb. Boyukmillet.com “Haber Global”a …