Çərşənbə , 18 Mart 2026
Drone Cameras

Türkiyədə 11 şəhid hərbçinin cənazəsi doğulduqları rayonlara yola salınıb

Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan 11 hərbçinin nəşi doğulduqları rayonlara yola salınıb.

Boyukmillet.com  “TRT Haber”ə istinadən xəbər verir ki, şəhidlərin nəşi Bitlis şəhərinin Tatvan Dövlət Xəstəxanasından ambulanslarla Elazığ şəhərinə aparılıb.

Oradan isə dəfn ediləcəkləri məmləkətlərinə yola salınıb.

Qeyd edək ki, martın 4-də Türkiyənin Bingöl şəhərindən qalxan hərbi helikopter Bitlis şəhərinin Tatvan rayonunda qəzaya uğrayıb. Hadisə nəticəsində general-leytenant Osman Ərbaş da olmaqla 11 hərbçi şəhid olub, hərbçi yaralanıb.

Check Also

İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı

İstanbulda Bosfor boğazında gəmi hərəkəti təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq dayandırılıb. Boğazda gəmi hərəkəti 04:53-dən …