Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Türkiyə ABŞ və Avropanın Suriyaya qarşı sanksiyaların ləğvi qərarını alqışlayır

Türkiyə və Rusiya Suriyanın suverenliyini qorumaq və sabitliyini təmin etmək üçün səylərini davam etdirəcək.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Suriyanın yeni hakimiyyəti ölkədə terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni davam etdirir.

“Türkiyə ABŞ və Avropanın Suriyaya qarşı ləğv etmək qərarını alqışlayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bu məsələdə diplomatik səylər göstərib”, – o bildirib.

H.Fidanın sözlərinə görə, Türkiyə və Rusiya Suriyanın yeni hakimiyyəti ilə əlaqələri və bu ölkənin suverenliyi, ərazi bütövlüyü və rifahını təmin etmək üçün səyləri davam etdirəcək.

Check Also

Aref: Quru əməliyyatı halında ABŞ qoşunlarının geri qayıtması Tehrandan asılı olacaq

İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref ABŞ-ın ölkəsinə qarşı mümkün quru əməliyyatı ilə bağlı məlumatlara …