Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Türkiyə Ali Seçki Komissiyası birinci turun yekun nəticələri açıqlayıb

Türkiyə Ali Seçki Komissiyası (YSK) mayın 14-də keçirilmiş prezident seçkilərinin birinci turunun yekun nəticələri açıqlayıb.

Boyukmillet.com bu barədə “Resmi Gazete”yə istinadən xəbər verir.

Yekun nəticəyə əsasən, Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, Kamal Kılıçdaroğlu 44,88 faiz, Sinan Oğan 5,17 faiz, Muharrəm İncə isə 0,43 faiz səs alıb.

Qeyd edək ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə R.T.Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …