Çərşənbə , 18 Mart 2026
Drone Cameras

Türkiyə-Azərbaycan IV Enerji Forumunun tarixi açıqlanıb

Türkiyənin İzmir şəhərində keçirilməsi nəzərdə tutulan Türkiyə-Azərbaycan IV Enerji Forumu sentyabrın 4-də baş tutacaq.

Bu barədə “Report”a energetika nazirinin müşaviri Zəminə Əliyeva məlumat verib.

Onun sözlərinə görə, tədbirin nazir Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın həmsədrliyi ilə keçiriləcəyi gözlənilir.

Türkiyəyə səfər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Əliağa terminalında yerləşən zavodlarına da baş çəkilməsi nəzərdə tutulub.

Türkiyə-Azərbaycan Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha çevik və nəticəyönümlü olmasını təmin etmək məqsədilə təsis edilib. 

Check Also

Azərbaycan iki ayda 4 milyon tona yaxın neft ixrac edib

Bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 3 milyon 600 min 307,38 ton həcmində bitumlu süxurlardan …