Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Türkiyə Fransanı geridə qoydu – Dünyanın ən güclüləri açıqlandı

“FlightGlobal” jurnalı “Dünya Hərbi Hava Qüvvələri 2022-ci il” araşdırmasının nəticələrini açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələri növbəti dəfə siyahının ilk onluğunda yer alıb.

Araşdırmaya görə, siyahıya 13 246 təyyarə (25%) ilə ABŞ başçılıq edir. Rusiya 4173 hərbi təyyarə və ya dünya üzrə ümumi təyyarənin 8%-i ilə ikinci, Çin isə 3285 hərbi təyyarə və helikopterlə üçüncü yerdədir.

Araşdırmaya görə, Türkiyə 1057 təyyarə ilə dünya hərbi donanmasının 2%-ni təşkil edir. Bununla Türkiyə Fransanı geridə qoyub.

Araşdırmada Türkiyə 474 döyüş helikopteri ilə bu sahədə 7-ci, təlim təyyarələri/vertolyotları sahəsində isə 277 ədədlə 9-cu olub.

Araşdırmaya həmçinin dünyada hava qüvvələrinin ən çox istifadə etdiyi 10 təyyarə də daxil edilib.

ABŞ-ın “General Dynamics” şirkəti tərəfindən hazırlanan hesabatda “F-16” 2248 ədədlə siyahının başındadır. “F-16”lar qlobal hərbi donanmadakı döyüş təyyarələrinin 15%-ni təşkil edir.

Rusiyanın “Su-27” 1063 ədədlə (7%) 2-ci, “Su-30” təyyarələri isə 963 ədədlə (6%) 3-cü yeri tutub.

Check Also

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 22 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa və Konya şəhərlərində İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, …