Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Türkiyə kəşfiyyatı İraqda PKK-nın “rəhbər” şəxslərindən birini öldürüb

Türkiyə Milli istihbarat Təşkilatı (MİT) İraqın Süleymaniyyə şəhərində PKK-nın “rəhbər” şəxslərindən olan Gülsün Silgiri öldürüb.

Bu barədə “Report” “TRT Haber”ə istinadən xəbər verir.

Öldürülən şəxsin PKK-nın sözdə gənclərin strukturlaşdırılması üzrə rəhbər şəxslərdən biri olduğu bildirilir.

Qeyd olunub ki, onun terror təşkilatının qondarma gənclər hərəkatının üzvü olduğu aşkarlanıb. G.Silgir 2011-ci ildən etibarən aksiyalarda iştirak edərək gəncləri aldadıb təşkilata cəlb edirmiş.

Check Also

Aref: Quru əməliyyatı halında ABŞ qoşunlarının geri qayıtması Tehrandan asılı olacaq

İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref ABŞ-ın ölkəsinə qarşı mümkün quru əməliyyatı ilə bağlı məlumatlara …