Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Türkiyə kəşfiyyatı PKK-nın aparıcı fiqurlarından birini zərərsizləşdirib

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Təşkilatı) Suriyanın Qamışlı bölgəsində keçirdiyi yeni əməliyyat nəticəsində PKK terror təşkilatının aparıcı fiqurlarından biri zərərsizləşdirilib.

Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, əməliyyat nəticəsində “Azadi Derik” kod adlı Emine Seyid Ahmet öldürülüb.

Onun Suriya vətəndaşı olduğu bildirilir.

Məlumatda qeyd edilib ki, E.S.Ahmet Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hücumlarda iştirak edib, həmçinin raket hücumları barədə əmrlər verib.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …