Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Türkiyə Maarif Vəqfi Azərbaycanla fəaliyyətin davam etdirilməsində maraqlıdır

Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri Birol Akgün İqtisadiyyat Nazirliyində olub.

Boyukmillet.com xəbər verir ki, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev qardaş Türkiyə ilə möhkəm dostluq və tərəfdaşlıq əlaqələrini, yüksək səviyyəli strateji əməkdaşlığı vurğulayıb.

Qeyd edilib ki, ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, sosial, mədəni, humanitar sahələrdə də uğurla əməkdaşlıq edir. Bu baxımdan, təhsil sahəsində, xüsusilə Türkiyənin qabaqcıl ali təhsil müəssisələri ilə qurulmuş sıx əlaqələr mühüm əhəmiyyət kəsb edir.

Türkiyə Maarif Vəqfinin İdarə Heyətinin sədri Birol Akgün təşkilatın fəaliyyəti barədə məlumat verib, Azərbaycanın müvafiq qurumları ilə həyata keçirilən uğurlu birgə fəaliyyətin davam etdirilməsində maraqlı olduqlarını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Check Also

TDT Türk dünyasının iş adamlarını bölgədə həyata keçiriləcək layihələrə investisiya qoymağa çağırıb

Bu gün Türk İnvestisiya Fondu və Türk Ticarət və Sənaye Palataları Birliyi (TCCI) və Türk …