Şənbə , 27 Aprel 2024
Drone Cameras

Türkiyə mallarını boykot edən Nikol Paşinyan Almatıda türk otelində qalır

Dövlət büdcəsi Türkiyənin bir şəhərinin büdcəsi qədər olan Ermənistanda Türkiyəyə sanksiya tətbiq etmək, onun iqtisadiyyatına ziyan vurmaq məqsədi ilə dövlət səviyyəsində türk mallarının ölkəyə gətirilməsi qadağan olunub.

Boyukmillet.com xəbər verir ki, rəsmi Yeravanın bu boykot kampaniyasına baxmayaraq, ölkənin baş naziri Nikol Paşinyan xaricə səfər zamanı türk malları və xidmətlərinə daha çox üstünlük verir.

Baş nazir Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Qazaxıstanın Almatı şəhərinə gedib. N.Paşinyan Qazaxıstanın ən böyük şəhərində gecələmək üçün məhz türk iş adamı Fettah Taminceyə məxsus “Rixos” otellər şəbəkəsinin beşulduzlu mehmanxanasında qalıb.

Bundan başqa, erməni politoloq Andranik Ovannisyanın teleqramda yazdığına görə, baş nazir Qazaxıstana 50 mühafizəçi ilə yollanıb. Onların əksəriyyəti müşavir və mütəxəssis kimi qeydiyyatdan keçiblər. Baş nazirin qorxuduğuna işarə edən politoloq mühafizəçilərin bütün sutka boyu həm otelin daxilində, həm də xaricində növbətçilik etdiyini bildirib: “Baş nazirin nömrəsində hələ də işıq sönməyib, görünür, yata bilmir. Yəqin, rusca mətn əzbərləyir”.

Check Also

İstanbulda terror aktı törədən Suriya vətəndaşı 1794 il azadlıqdan məhrum edilib

Türkiyənin İstanbul şəhərində terror aktı törətməkdə ittiham olunan Suriya vətəndaşı Əhlam Əlbaşıra 1794 illik həbs …