Cümə , 10 May 2024
Drone Cameras

Türkiyə ordusu son 3 gündə 56 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatları nəticəsində 56 terrorçu zərərsizləşdirilib.

Boyukmillet.com “TRThaber”ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, dekabrın 23-də terrorçuların mövqelərinə endirilən hava zərbələri nəticəsində azı 26 terrorçu məhv edilib.

Sonrakı günlərdə “Pençe-Kilit” əməliyyat bölgəsində keçirilən əməliyyatlar zamanı 30 terrorçu zərərsizləşdirilib. Bununla da son üç gündə məhv edilən terrorçuların sayı 56-ya çatıb.

Qeyd edək ki, dekabrın 22-23-də İraqın şimal bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 12 hərbçi şəhid olub.

Check Also

Rusiya XİN: Üçtərəfli bəyanat aktuallığını qoruyur

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanat indiki şəraitdə öz aktuallığını saxlayır, onun …