Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyə Ordusu Suriyada mümkün əməliyyatla bağlı döyüş hazırlığı vəziyyətinə gətirilib

Türkiyə Silahlı Qüvvələri Suriyada PKK terror təşkilatının yaraqlılarına qarşı mümkün əməliyyatla əlaqədar döyüş hazırlığı vəziyyətinə gətirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Türkiye” qəzeti hərbi mənbələrə istinadən yazıb.

“Yeni Suriya administrasiyasından terror təşkilatına qarşı lazımi tədbirlərin görülməsini tələb edən Ankara bütün ssenarilərə hazırlaşmağa davam edir. Sərhəddəki qoşunlar mümkün əməliyyata döyüş hazırlığına gətirilib”, – məlumatda bildirilib.

Qeyd edilib ki, Ankara bütün mümkün ssenarilərə hazırlaşır.

“Bunlardan biri hərbi əməliyyatlardır”, – qəzet vurğulayıb.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …