Bazar ertəsi , 6 May 2024
Drone Cameras

Türkiyə parlamentinin sədri İsveçin Baş naziri ilə görüşüb

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntop İsveçin Baş naziri Ulf Kristersonla görüşüb.

Boyukmillet.com xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

Onun sözlərinə görə, görüş zamanı NATO-nun genişləndirilməsi məsələsi müzakirə olunub, həmçinin terrorla mübarizə sahəsində nəticələrin əldə olunmasının vacibliyi vurğulanıb:

“Türkiyə 70 ildir NATO-nun gücünü qoruyan iki hərbi gücdən biridir. Bir çox Avropa ölkəsindən fərqli olaraq, Türkiyənin NATO-dakı mövcudluğu simvolik xarakter daşımır. Türkiyə Alyansa təhlükəsizlik dəstəyi verən ölkədir”.

Türkiyə Böyük Millət Məclisinin sədri İsveç və Finlandiyanın NATO-ya üzvlüyünün ən qısa zamanda uğurlu nəticələrlə həll olunacağına ümidini ifadə edib.

Check Also

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Milli …