Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Türkiyə Prezidenti: BRICS ədalətli dünya nizamının qurulmasına mühüm töhfə verə bilər

BRICS saysız-hesabsız çağırışları nəzərə alaraq yeni, ədalətli dünya nizamının qurulmasına mühüm töhfə verə bilər.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatının geniştərkibli iclası zamanı deyib.

Onun sözlərinə görə, BRICS platforması dünyanın təhlükəsizlik təhdidləri və iqlim dəyişikliyi kimi görünməmiş çoxsaylı çağırışlarla üzləşdiyi müasir geosiyasi şəraitdə xüsusi əhəmiyyət kəsb edir.

Türkiyə Prezidenti vurğulayıb ki, İkinci Dünya müharibəsindən sonra formalaşan müasir sistem əhəmiyyətli dəyişikliklər tələb edir: “Mövcud problemlərin birgə həlli yollarını axtarmaq lazımdır. BRICS yeni, ədalətli dünya nizamının qurulmasına mühüm töhfə verə bilər”.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …