Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Türkiyə Prezidenti: “Bu gün Qarabağda dalğalanan Azərbaycan bayrağı qardaşlığımızın simvoludur”

“Təxminən 30 illik işğalın başa çatmasından sonra Qarabağda bu gün qürurla dalğalanan Azərbaycan bayrağını qardaşlığımızın simvolu olaraq görürük”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kabinetinin 8 saat davam edən iclasından sonra verdiyi açıqlamada bildirib.

“Ermənistanla davam edən normallaşma prosesinə dəstəyimizi vurğuladıq. Bölgəmizdə sülh və sabitliyin təmin olunmasına dair güclü gözləntilərimizi bir daha nəzərdən keçirdik. Can Azərbaycan ilə əlaqələrimizin institutlaşmış iqtisadiyyat modelinə çevrilməsi üçün daha çox çalışacağıq. Mərhum İsmayıl Qaspıralının təxminən 1.5 əsr öncə çərçivəsini cızdığı dildə, fikirdə və əməldə birlik hədəfi ilə türk dünyası ilə əlaqələrimizi möhkəmləndirəcək yeni layihələri irəli sürəcəyik”, – Ərdoğan vurğulayıb.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …