Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Türkiyə Prezidenti Ermənistana şərt irəli sürdü: “Azərbaycanla problemi həll etdikdən sonra qapılarımızı açacağıq”

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan TRT-nin özəl yayımında Ermənistanla normallaşma prosesi ilə bağlı açıqlamalar verib. 

Boyukmillet.com xəbər verir ki, Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığını xatırladıb. Bildirib ki, söhbət zamanı iki ölkə arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub. 

“Bizim qırmızı xəttimiz əvvəldən Azərbaycan idi. Azərbaycanla problemi həll etdikdən sonra “qapılarımızı açacağıq” dedik. Mən həm də məmnunam ki, Paşinyanın regional sülh və əməkdaşlıqla bağlı bizimlə oxşar fikirləri var. İndi biz onlardan bəyanatlardan kənar konkret addımlar atacaqlarını gözləyirik. Biz Ermənistanla münasibətlərin normallaşdırılması prosesində ciddi və qətiyyətliyik. Biz də tam normallaşma və mehriban qonşuluq münasibətləri qurmağa çalışırıq”, – deyə Ərdoğan bildirib.

Check Also

İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kamerun Respublikasının Prezidenti Pol Biyaya təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər …