Cümə , 22 Noyabr 2024
Drone Cameras

Türkiyə Prezidenti: Heç bir beynəlxalq təşkilat Qarabağın işğalına, Xocalı soyqırımına qarşı səsini çıxarmadı

Qarabağ illərlə işğal altında qaldı, Xocalı kimi qətliamlar törədildi, amma heç bir beynəlxalq qurum səsini çıxarmadı.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryada təşkil oluna mitinqdə çıxışı zamanı deyib.

O bildirib ki, beynəlxalq təşkilatlar Suriyadakı, Qəzzadakı hadisələrə də səssiz qalırlar: “BMT Təhlükəsizlik Şurası baş verənlərlə bağlı səsini çıxarmır. Bu, onu deməyə əsas verir ki, BMT Təhlükəsizlik Şurası artıq işlək qurum deyil”.

R.T.Ərdoğan söyləyib ki, beynəlxalq təşkilatlar Türkiyə həqiqətlərinə də səssiz yanaşırlar: “Ona görə də deyirik ki, bizi heç bir beynəlxalq təşkilat müdafiə edə bilməz. Özümüz özümüzü qorumalıyıq. Bir vaxtlar bizə silah satmayanlar indi bizdən silah istəyirlər”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …