Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son 20 ildə qazanılan uğurların davamı olaraq ölkənin ilk elektrik mühərrikli avtomobili olan “Togg”a olan tələbatla bağlı Tviter hesabında paylaşım edib.
Boyukmillet.com xəbər verir ki, dövlət başçısı bildirib:
“Təəssüf ki, son 20 ildə ölkəmizə gətirdiyimiz hər bir sənət əsəri kimi, “Togg”u hazırlayarkən ciddi çətinliklərlə üzləşdik. Bu gün qardaş ölkələrdən bizə zəng edib “Togg” üçün təbrik edənlər, maşın tələb edənlər var. Amma ölkəmizdə müxalifət və bəzi dairələr yarım gününü ayırıb Gəmliyə gələrək bir dəfə də olsun “Togg”un fabrikinə baş çəkmədilər.
Türk mühəndislərin, fəhlələrin, cəsur iş adamlarının imzası olan belə bir texnologiya möcüzəsinə görə onlara təşəkkür etmək bir yana, dilucu təbrik belə etmədilər.
Yollarda gəzən “Togg” maşınlarına baxmayaraq, yenə də ölkəmizin, millətimizin və türk mühəndislərin uğurlarını görməzlikdən gəlirlər.
Onlar Türkiyənin uğurlarını görməsinlər, qəbul etməsinlər, düz danışmasınlar və bu uğurlardan narahat olsunlar.
İlk gündən “Togg” ilkin sifarişlərdə tələb rekordu qıraraq haqsız tənqidlərə, böhtanlara və ləkələmə kampaniyalarına ən yaxşı cavabı verdi.
Bu il 28 min, 2030-cu ilə qədər isə ümumilikdə 1 milyon “Togg”u sahibi ilə bir araya gətirməyi hədəfləyirik.
İnşallah 2025-ci ildən başlayaraq “Togg” ixrac edib bütün dünyaya satacağıq”.