İsrail polisinin gecə saatlarında Şərqi Qüdsdə yerləşən Məscidül-Əqsada təravih namaz qılan müsəlman camaata hücum etməsi Türkiyənin sərt etirazlarına səbəb olub.
Boyukmillet.com xəbər verir ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu tvitterdən etdiyi açıqlamada İsraili sərt şəkildə qınayıb.
Cavuşoğlu
“Bu gecə, ilk qibləmiz olan Məscidül-Əqsaya edilən hücumu qəti şəkildə qınayıram. İsrailin müqəddəs Ramazan ayında günahsız müsəlmanları hədəf alması insanlıqdan kənar bir şeydir. Yaralılara şəfa diləyirəm. Hər zaman Fələstin xalqının haqlı davasının yanındayıq”, deyə Çavuşoğlu bildirib.
Hakim AK Partiya sədrinin müavini Numan Kurtulmuş tvitterdə paylaşdığı mesajında İsraili lənətləyib.
Numan Kurtulmuş
“Sionist, qatil İsrail dərhal Məscidül-Əqsanı tərk etməli və bu çirkin hücumlara son verməlidir. Bəsdir! Bu təcavüz təkcə işğalçı İsrailin deyil, ona susan bütün dünyanın ayıbıdır. Beynəlxalq cəmiyyət İsrailin qarşısını almalıdır. Fələstinlilərin evlərini zorakılıqla işğal edən terrorçu dövlət İsrail tərəfindən ilk qibləmiz olan Məscidül-Əqsaya edilən hücumu kəskin şəkildə qınayıram”, deyə Kurtulmuş qeyd edib.
Tvitterdən etdiyi açıqlamada Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun da İsrailin bu addımını qınayıb.
Fəxrəddin Altun
“İsrailin Fələstinlilərə qarşı işğal və şiddət siyasətini narahatlıqla izləyirik. İsrailin müqəddəslərimizə hücum etməsi qəbuledilməzdir. Bu gün ilk qibləmiz olan Məscidül-Əqsaya basqını şiddətlə qınayırıq.”