Bazar , 11 Yanvar 2026
Drone Cameras

Türkiyə səfiri: “Xocalı soyqırımı insanlığa sığmayan vəhşi cinayətdir”

Xocalı soyqırımı insanlığa sığmayan vəhşi cinayətdir.

Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı deyib.

“Bizlər sevinc və kədəri eyni yaşayan millətin övladlarıyıq. 1915-ci il Çanaqqala cəbhəsində və ardınca 1918-ci ildə bolşevik işğalına qarşı Qafqaz İslam Ordusu daxilində bütün Azərbaycan və Qafqaz regionunda sülh və əmin-amanlıq uğrunda çiyin-çiyinə mübarizə apardıq, birgə şəhid olduq. Bu gün şəhidlərimizin qəbirləri Çanaqqalada və Bakıda yan-yana yatır.

Türk millətinin ən ağır faciələrindən biri də Xocalı soyqırımıdır. Qarabağın ermənilər tərəfindən işğalı ilə qətliamlar 100 minlərlə qardaşımızın yurd yuvalarından didərgin düşmələri bizim də kədərimiz olub. Xocalı soyqırımı insanlığa sığmayan vəhşi cinayətdir”, – səfir vurğulayıb.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …