Şənbə , 26 Aprel 2025
Drone Cameras

Türkiyə üçün yeni dövr: Qara dənizdə qaz yataqları kəşf edildi – Ərdoğan sabah “yaxşı xəbəri” elan edəcək

Rəsmi Ankara Rumıniya və Bolqarıstan dəniz sərhədlərinin Türkiyə suları ilə kəsişməsində olan Dunay-1 hissəsində geoloji kəşfiyyat işləri aparır. Türk qazma gəmisi “Fatih” Qara dənizdəki iki təbii qaz yatağını kəşf edə bilər.

Boyukmillet.com xəbər verir ki, bu barədə 19 avqust çərşənbə günü Habertürk telekanalı məlumat yayıb.

Media qeyd edib ki, gəmi Dunay-1 hissəsində və Kirklareli şəhərinin yaxınlığında, Türkiyə sahillərində bir və ya iki “keyfiyyətli” qaz yatağı kəşf edə bilər.

Daha əvvəl başqa bir “Barbaros Hayrettin Paşa” gəmisinin Qara dənizin qərb hissəsində zəngin təbii qaz ehtiyatları tapdığı ifadə edilir.

Türkiyə hakimiyyəti məlumatı rəsmi təsdiqləməyib. Ancaq daha əvvəl çərşənbə günü prezident Rəcəb Tayyib Ərdoğan 21 avqustda Türkiyə üçün yeni bir dövr açacaq “çox yaxşı bir xəbər” elan etmək niyyətində olduğunu bildirib.

Bundan əvvəl, Türkiyə Rusiya qazının alışını ilin əvvəlindən 1127 dəfə azaldıb.

Aralıq dənizinin şərqinə karbohidrogen yataqlarını axtarmağa və araşdırmağa gedən Oruç Reis seysmik tədqiqat gəmisini qorumaq üçün Türkiyə Hərbi Dəniz Qüvvələri 5 gəmisini əraziyə göndərib.

Check Also

Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan …