Cümə , 19 Aprel 2024
Drone Cameras

Türkiyə və Rusiyadan gələnlərdən tələb olunan SƏNƏDLƏR

Dövlət Miqrasiya Xidməti (DMX) hava yolu ilə Azərbaycana giriş-çıxış edən Türkiyə və Rusiya vətəndaşları tərəfindən COVID-19-a dair təqdim edilməsi zəruri olan sənədlərlə bağlı daha bir məlumat yayıb.

Turkustan.info xəbər verir ki, bu barədə qurumun İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Elnur Kələntərov bildirib.

O qeyd edib ki, yaşı 1-dən 18-dək olan şəxslər yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd təqdim etməlidir:

“Eyni sənədi yaşı 18-dən yuxarı olanlar da təqdim etməlidir. Bundan əlavə, yaşı 18-dən yuxarı olan şəxslər həm də COVID-19 pasportunu təqdim etməlidirlər. Burada söhbət tam peyvəndlənməni təsdiq edən sənəd və ya sağalaraq immunitetə malik olmağı təsdiq edən sənəddən gedir. Yəni, bu sənədlərdən biri yetərlidir. Əgər sərnişin tam peyvənd olunmayıbsa, sağalaraq immunitetə malik olmasını təsdiq edən sənədi təqdim etməlidir”. 

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …