Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyə XİN Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması ilə bağlı bəyanat yayıb

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması ilə bağlı bəyanat yayıb.

Bu barədə Türkiyə XİN-dən məlumat verilib.

“10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapan müddəalara uyğun olaraq davam edən proseslər çərçivəsində Laçın şəhəri, Zabux və Sus kəndlərinin avqustun 26-da Azərbaycana qaytarılmasından məmnunluğumuzu ifadə edirik. Bu hadisə həm Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması, həm də regionda münasibətlərin normallaşması istiqamətində mühüm addım hesab olunur. Eyni zamanda bu addım Azərbaycan-Ermənistan münasibətlərinə də töhfə verəcək. Türkiyə indiyə qədər olduğu kimi, qardaş Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməyə davam edəcək”, – bəyanatda deyilir.

Check Also

Paşinyan: Azərbaycanla daimi sülh üçün çox real şansımız var

Azərbaycanla daimi sülh üçün çox real şansımız var. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın Baş …