Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Türkiyə XİN başçısı: “Qarşıdakı günlərdə İsrailə səfir təyin olunacaq”

“Qarşıdakı günlərdə İsrailə səfir təyin olunacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib.

“Sənədlər hazırlanır. Prezidentimizə bu barədə məlumat verəcəyik. İşlərimiz bitmək üzrədir. Artıq səfir təyinatları üçün namizədlərimiz var”, – o deyib.

“Fələstin İsraillə münasibətlərimizin normallaşmasında maraqlıdır. Fələstin dialoqun davam etməsini istəyir. Biz də qarşılıqlı dialoqun faydalarını görürük. Həm Fələstinlə bağlı mübarizəmizin davam etdirilməsi, həm də regional sabitlik üçün dialoq çox faydalıdır”, – nazir söyləyib.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …