Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Türkiyə XİN başçısının müavini Azərbaycan səfiri ilə regiondakı vəziyyəti müzakirə edib

Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədovla görüşüb.

Boyukmillet.com xəbər verir ki, bunu nazir müavini tviter səhifəsində yazıb.

Onun sözlərinə görə, görüşdə cari regional proseslər və ikitərəfli əlaqələrin hazırkı vəziyyəti müzakirə olunub.

“Həmçinin müstəqillik uğrunda canlarını fəda etmiş 20 Yanvar şəhidlərini rəhmət və ehtiramla yad etdik”, – Yavuz Selim Kıran bildirib.

Check Also

Türkiyə-Azərbaycan qardaşlığının qorunması və gələcək nəsillərə ötürülməsi hər iki ölkənin cəmiyyətlərinin üzərinə düşən mühüm vəzifələrdəndir.

Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı maraqlara əsaslanan adi dövlətlərarası əlaqələr deyil. Bu münasibətlərin təməlində xalqlarımızın tarixi, milli …