Şənbə , 18 May 2024
Drone Cameras

Türkiyədə 2 500 il yaşı olan Afrodita məbədi aşkarlandı

Türkiyədə arxeoloqlar təxminən 2 500 il əvvəl tikilmiş Afrodita məbədinin qalıqlarını tapıblar.

Boyukmillet.com  xəbər verir ki, bu barədə “Daily Sabah” məlumat yayıb.

Məbəd ölkənin qərbindəki Urla-Çeşme yarımadasında yerləşib. Tədqiqatçılar ümumilikdə 35 qədim qəsəbə tapıblar, onlardan 16-sı, həmçinin məbədin qalıqları neolit dövründən sonraya aiddir.

Qazıntılara başçılıq edən arxeoloq Elif Koparal kəşfi “heyrətləndirici” və “cəlbedici” adlandırıb. O, həmçinin əlavə edib ki, Afroditanın inşasının eramızdan əvvəl VI əsrdə həyata keçirildiyi güman edilir.

Check Also

Hakan Fidan Pakistana gedəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 19-da Pakistana rəsmi səfər edəcək. Boyukmillet.com xəbər verir …