Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Türkiyədə azərbaycanlılar arasında atışmada 1 nəfər ölüb, saxlanılanlar var

Türkiyədə azərbaycanlılar arasında atışma olub.

Bu barədə Boyukmillet.com  Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə gecə saatlarında İstanbulda qeydə alınıb. Naməlum şəxslər Azərbaycan əsilli Ceyhun Əkbərova atəş açıblar. Ağır xəsarətlər alan C.Əkbərov hadisə yerində ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər – Rusiya vətəndaşı L.G. və Azərbaycan vətəndaşı Z.A. hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onların üzərindən 2 ədəd tapança aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Check Also

İran daha 20 neft tankerinin Hörmüzdən keçməsinə icazə verib

ABŞ prezidenti Donald Tramp bildirib ki, İran hakimiyyəti ABŞ-a 20 tanker neft verəcək. Boyukmillet.com xəbər …