Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyədə biri dəstə başçısı olmaqla PKK-nın 4 terrorçusu zərərsizləşdirilib

Türkiyə Daxili İşlər Nazirliyinin Mardində keçirdiyi “Eren-5” antiterror əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının axtarışda olan tanınmış liderlərindən biri – “Cilo” kod adlı Süleyman Öztürk məhv edilib.

Boyukmillet.com xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb.

Nazirliyin yaydığı başqa bir məlumata görə, Vanda keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu PKK-nın üç silahlısı zərərsizləşdirilib. Əməliyyat nəticəsində terrorçuların silah-sursatları da məhv edilib.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …