Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyədə qırmızı bülletenlə axtarılan İŞİD üzvləri tutulub

Türkiyənin Çorum bölgəsində İŞİD-ə qarşı həyata keçirilən əməliyyatlarla 2-si qırmızı bülletenlə axtarışda olan 3 terrorçu tutulub.

Boyukmillet.com xəbər verir ki, İŞİD-in Türkiyəyə qarşı hərəkətlərinin sübut və deşifrə edilməsi məqsədilə aparılan araşdırmada müxtəlif vaxtlarda münaqişə bölgələrində fəaliyyət göstərdiyi təsbit olunan 3 nəfər təqib edilib.

Texniki və fiziki təqibdən sonra şübhəlilərin ünvanlarında əməliyyat keçirilib.

Əməliyyat zamanı saxlanılan 3 şübhəlidən 2-in İnterpol xətti ilə qırmızı bülletenlə axtarışda olduğu müəyyən edilib.

Şübhəlilər polis bölməsinə aparılıblar.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …