Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Türkiyədə sərnişin avtobusu dərəyə aşıb, ölən və yaralananlar var

Türkiyədə sərnişin avtobusu dərəyə aşıb, ölən və yaralananlar var.

Boyukmillet.com xəbər verir ki, hadisə Ərzurum şəhərinin Horasan rayonunda qeydə alınıb.

İlkin məlumata görə, 3 nəfər ölüb, onlardan biri hadisə yerində dünyasını dəyişib. Digər ikisi isə Horasan Dövlət Xəstəxanasında edilən müdaxilələrə baxmayaraq vəfat edib.

Qəzada yaralanan sürücü və 21 nəfər xəstəxanalara çatdırılıb.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …