Bazar , 11 Yanvar 2026
Drone Cameras

Türkiyədə terrorçuluqda şübhəli bilinən 51 nəfər saxlanılıb

Türkiyənin İstanbul, Diyarbəkir və Adana bölgələrində terrorçu PKK-ya qarşı fevralın 13-ü səhər saatlarında keçirilən antiterror əməliyyatı nəticəsində 51 şübhəli saxlanılıb.

Boyukmillet.com “Haberturk”ə istinadən xəbər verir ki, əməliyyatı İstanbul, Diyarbəkir və Adananın yerli polis idarələrinin terrorçuluğa qarşı mübarizə şöbələri keçirib.

Bildirilib ki, eyni zamanda keçirilən əməliyyat nəticəsində Diyarbəkirdə 21, Adanada 30 şübhəli saxlanılıb. Onların qaldıqları mənzillərdə aparılan axtarış nəticəsində terrorçu PKK-ya aid materiallar və “Molotov kokteyli” aşkarlanaraq götürülüb. Saxlanılanlar bu terrorçu qruplaşmanın başçısı Abdullah Öclanın həsb edildiyi gün küçələrdə yürüş keçirməyi planlaşdırırlarmış.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …