Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Türkiyədəki Azerbaycanlı Tələbələr Təşkilatı tərəfindən Tokat və Kütahya şəhərlərində “Xocalı Soyqırımının”anım günü ilə bağlı tədbirlər keçirilib

Hər iki tədbirdə, Siyasi Parti və Təşkilatlar, eyni zamanda universitet müəllimləri və tələbələr iştirak edib.
Tədbirin məzmunu “Xocalı Soyqırımı” zamanı Azərbaycan xalqının yurdlarından məcburi şəkildə köç etmələri eyni zamanda baş verən qətliamlar, azyaşlı uşaqlara, hamilə qadınlara və yaşlı insanlara qarşı edilən vəhşilik və zorakılıq bir daha gündəmə gətirilib.

Tədbirdə iştirak edən təşkilatlar:

1.İYİ PARTİ ŞÖBƏ TƏMSİLÇİLİKLƏRİ

  1. UNİVERSİTETDƏ ÇALIŞAN MÜƏLLİMLƏR
  2. 3.BİR NEÇƏ SİVİL TOPLUM KURULUŞLARI
    və Azərbaycanlı və Türk tələbələr.

Hər iki tədbirdə Azərbaycan və Türkiyə dövlət himnlərinin oxunması, Xocalı şəhidlərinin xatirəsinə bir dəqiqəlik sayğı duruşu, Təşkilat sədrlərinin və universitetdə çalışan Professor, Doktor hocaların çıxışı ilə davam etmişdir.
Eyni zamanda
“Xocalı Soyqırımının” daha geniş kütləyə çatdırılması üçün, kitabcıqlar hazırlanmış tədbir iştirakçılarına və eyni zamanda sıravi vətəndaşlara da paylanmışdır.

Check Also

ÖLKƏ PREZİDENTİ VƏ MƏDƏNİYYƏT NAZİRİNƏ BİR QRUP VƏTƏNDAŞ MÜRACİƏTİ…

Başsız qalan Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi… Muraz Məmmədov qanunsuz əməlləri nə qədər davam edəcək? Prezident …