“Türkiyənin, ideologiyasından və mənşəyindən asılı olmayaraq, terrorla mübarizəsi sürətlə davam edir”.
Boyukmillet.com xəbər verir ki, bu sözləri Türkiyə Prezident Adminstrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.
Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun qeyd edib ki, Türkiyənin, ideologiyasından və mənşəyindən asılı olmayaraq, terrorla mübarizəsi sürətlə davam edir:
“Əl-Bağdadinin bacısının həbsi antiterror əməliyyatlarımızın uğurunun daha bir nümunəsidir. Xalqımızı qorxutmaq və regionumuzda sabitliyi pozmaq istəyənlərə ədalət gətirmək əzmimiz şübhə altına alına bilməz. İŞİD-ə qarşı qətiyyətimizi şübhə altına almaq üçün Türkiyəyə qarşı təbliğat kampaniyası aparılıb. Terrorizmin bütün formalarına qarşı mübarizədə lider olmuşuq. Həmfikir tərəfdaşlarla güclü antiterror əməkdaşlığımız heç vaxt şübhə altına alına bilməz”.
Qeyd edək ki, məhv edilmiş İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin 65 yaşlı böyük bacısı Rəsmiya Avad həbs edilib. O, Suriyanın şimal-qərbində Azaz şəhəri yaxınlığında ələ keçirilib. Rəsmiya Avad ekstremist qruplaşmasının üzvü olmaqda ittiham olunur.
Saxlanılan zaman qadınla birlikdə onun əri, 5 uşağı və gəlini də olub. Həbs olunanlar dindirilib.
Əbu Bəkr əl-Bağdadinin bacısının saxlanılması Türkiyədə böyük uğur hesab olunur. Qadının qadının qaçıb gizlənən terrorçular haqqında məlumatı olduğu ehtimal edilir.