Cümə , 22 Noyabr 2024
Drone Cameras

Türkiyəli araşdırmaçı: İstədikləri qədər etiraz etsinlər, Qarabağdakı seperatçıların başqa şansı yoxdur

“Regionda artiq balanslar dəyişib. Geosiyasi oyunlarının rənginin dəyişdiyi, əqrəblərin ancaq bizi göstərdiyi bir dövrdə hər kəs bir reallığı artıq anladı: Azərbaycan II Qarabaö savaşından əvvəlki Azərbaycan deyil və qardaş ölkənin gələcək perspektivcləri dünən 5 idi, bu gün artılq iki qatına qatlanıb. Bu gün artıq Azərbaycanın Müzəffər Ali Baş Komandanı dünyadakı bütün azərbaycanlıların qarantı olduğunu deyir və bununla da regionda Azərbaycanın müstəqil siyasət həyata keçirməsini  istəməyən qüvvələrə öz mesajlını açıq – aşkar verir. Bütün peşəkar analitiklər, mütəxəssislər Azərbaycanın hansı yol xəritəsini izlədiyini anlayır, amma Ermənistandakı bəzi revanşist qüvvələr və onların havadarları hələ də anlaya bilmirlər ki, onların artıq qatarı gedib və əslində onlar öz əməlləri ilə öz ölkələrini çətin vəziyyətdə qoyurlar”

İnsider.az xəbər verir ki, bu sözləri mediaya açıqlamasında Anka Türk Birliyinin sədri, araşdırmaçı yazar Dr.Derya Akdemir deyib.

Araşdırmaçı yazar bildirib ki, son dövrlrədə Türkiyə ilə Azərbaycan arasında istiləşən münasibətlər, qurulan sıx əməkdaşlıq bir çox regionda maraqları olan qüvvələri narahat etməyə başlayıb. Akldemir hesab edir ki, dünən Xankəndində keçirilən mitinq də, orda səsləndirilən şüarlar da Azərbaycana Rusiya və İranın uyğulamaq istədiyi mobbinqin əsas tərkib hissəsidir: “Ermənistanda ağılı insanlar başa düşməlidir ki, onların Türkiyə və Azərbaycanla isti münasibətlər qurmaqdan başqa çarələri qalmay6ıb. Ölkənin durğun iqtisadiyyatının gətirdiyi qorxu, gələcəyə olan inam hissinin ölməsi onsuz da erməniləri öz olkələrini tərk etməyə vadar edir.

Sadə ermənilər fərqindədir ki, illərdir İrəvanda, qədim Türk yurdunda iqtidarda olan xunta rejimi ölkənin sosial – iqtisadi. siyasi – ictimai həyatını iflic edib. Ermənistanın hazırki baş naziri hər nə qədər bu prosesi Türkiyə və Azərbaycanla olan münasibətlərin normallaşması prosesinin dərinləşdirilməsi ilə bu vəziyyətdən çıxmağa çalışsa da, ölkə daxilindəki revanşist Qarabağ klanı bu prosesin həyata keçirilməsinə imkan vermir. Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan Prezidentinin səsləndirdiyi sərt bəyənarlar da bu klanı və onların havadarlarını qorxuya salır. Ona görə də əllərindən gələni etməyə çalışırlar ki, regionda sülhün bərqərar olmasını gecikdirsinlər. Amma həmin qüvvələr bir məqamı unudurlar ki, artıq nə olursa olsun, regionda bir Türkiyə – Azərbaycan müttəfiqliyi mövcuddur və bu mütəffiqlik Zəngəzur dəhlizinin açılması ilə birlikdə bütün Türk dünyasının siyasi doktrininə çevriləcək”.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …