Cümə , 26 Aprel 2024
Drone Cameras

Türkiyəli baş məşqçinin AVF ilə müqaviləsinin müddəti bəlli olub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Ataman Güneyligilin müqavilə müddəti bəlli olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə türkiyəli mütəxəssisin təyinatı ilə bağlı təşkil edilən mətbuat konfransında Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov məlumat verib.

Federasiya rəsmisi bildirib ki, 42 yaşlı məşqçi ilə sözləşmənin müddəti 3 aylıq nəzərdə tutulub: “Milli komanda Avropa çempionatında çıxış edəcəyi üçün müqavilə üç aylıq olacaq. Yaydan sonra növbəti sözləşmə ilə bağlı müzakirə aparacağıq”.

Baş məşqçi isə hazırda yığma üzvlərinin klublarında olduqlarını və üç aylıq müddətin ilkin hədəflər üçün kifayət edəcəyini vurğulayıb.

Qeyd edək ki, Ataman Güneyligilin köməkçisi vəzifəsinə həmyerlisi Gençer Yarkın gətirilib.

Check Also

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında …