“Gedişat türk birliyinə doğrudur”
“İqtisadi cəhətdən güclü dövlətlərdən ibarət və Avropa Birliyinə bənzər Türk ittifaqının yaradılması artıq xəyal deyil”
“Beləliklə, Azərbaycan Qafqazın, hətta Orta Asiyanın ən güclü dövlətlərindən olacaq”
Üzərindən müəyyən müddət keçməsinə rəğmən, İkinci Qarabağ savaşında Azərbaycanın qazandığı möhtəşəm qələbə hələ də dillərdədir. Şübhəsiz, bu barədə ən çox danışanlar jurnalistlərdir. Özü də təkcə yerli yox, həm də əcnəbi media nümayəndələri. Çünki onlar gecə-gündüz- hər dəqiqə, hər saniyə yeni informasiya qəbul edir və onu tirajlayırdılar.
İkinci bir tərəfdən isə jurnalistlər o qədər spesifik peşə nümayəndəridirlər ki, hətta işləməsələr belə, informasiyasız qala bilmirlər. Eyni ilə hava, su tələbatı kimi, məlumat almağa çalışır və dərhal onu “süzgəcdən keçirirlər”. Bax, onlardan biri də türkiyəli təqaüdçü-jurnalist, TRT- kanalının Azərbaycandakı keçmiş təmsilçisi Yüksəl Deyercandır. O, müharibə dövründə jurnalistlərin fəaliyyəti və informasiya siyasəti barədə “Sherg.az”ın suallarını cavablandırıb:
– Azərbaycandakı hadisələri hansı mənbələrdən izləyirdiniz?
– Mən Bakıda beş ilə yaxın TRT-nin xüsusi müxbiri kimi çalışmışam. Ona görə də Azərbaycanın dövlət və müstəqil media quruluşlarına, o cümlədən də sizin qəzetə yaxşı bələdəm. Çoxlu sayda azərbaycanlı jurnalist, politoloq dostum var. Yəni ölkənizdəki hadisələri ən az bir Azərbaycan türkü kimi yaxından və həyəcanla izləyir, sevinclərinizə, kədərlərinizə şərik olmağa çalışırdım.
– 44 günlük müharibə dönəmində türk jurnalistləri Azərbaycanda oldular, reportajlar hazırladılar. Bunun əhəmiyyətini bir də sizdən eşidək.
– Can Azərbaycanın 7-dən 70-ə ən böyük xəyalı erməni işğalı altında torpaqlarına qovuşmaqdı. Bunun tez və ya gec olacağını bilirdim. Hələ aylar əvvəl qələmə aldığım “Ermənistan qaşınır” adlı köşə yazımda böyük vətən müharibənin müjdəsini vermişdim. Azərbaycan Türkiyə üçün candır, qardaşdır, eyni millətdir. Ona görə təbii olaraq Türkiyə mediası da müharibə dövründə sizi tək qoymadı. Türkiyə xarici mətbuatın qərəzli və tərəfli xəbərlərinə, dezinformasiyalarına qarşı mübarizə aparan və Azərbaycanın dünyaya çıxan səsi oldu. Türk mediası bütün cəhdlərə rəğmən, haqlı davanın haqsıza çevrilməsinin qarşısını aldı. Bu, çətin vaxtda qardaşının Bakıya verə biləcəyi ən mühüm dəstəkdi. Beləliklə, iki ölkə tək ürək, bütün Türkiyə Azərbaycan oldu. Dünyaya elə bir mesaj verdik ki, məncə, onun əhəmiyyəti barədə danışmağa ehtiyac yoxdu.
– Gələcəkdə Azərbaycan- Türkiyə ortaq media platformasının yaradılması barədə nə düşünürsünüz?
– Fikrimcə, ən yaxın zamandan iki qardaş dövlətin beynəlxalq bir xəbər agentliyi yaradılmalıdır. Bu agentlik ancaq xəbər verməklə kifayətlənməməli, həm də vizual xidməti ilə fərqlənməlidir. Həmçinin əcnəbi portallar üçün etibarlı bir mənbəyə çevrilməli və tamamilə müstəqil olmalıdır. Heyət kifayət qədər peşəkar jurnalistlərdən ibarət olmalı və dünyaya iki dövlətin həqiqətlərini çatdırmalıdır. Nəzərə almaq lazımdır ki, sülh dövründə Azərbaycanı çox çətin bir dövr gözləyir. Belə bir agentlik bizim üçün ən böyük “hava yastığı” olacaq. Gələcəkdə agentliyin miqyası böyüyə və digər türk dövlətlərini də əhatə edə bilər. Mən onun sadəcə bir neçə əhəmiyyətindən danışdım. Əslində müsbət nəticələrini saymaqla bitirmək olmaz.
– Bu cür fors-major hallarda informasiya müharibəsinin əhəmiyyəti barədə nə deyə bilərsiniz?
– Bir anlıq düşünək, Vətən savaşı dövründə dünya və Avropa mətbuatı Azərbaycanın lehinə neçə yazı yazdı? Məncə, heç nə qədər. Əslində bu, nəticə problemlərə səbəb ola bilərdi. Yaxşı ki, Türkiyənin dəstəyi və Azərbaycanın əzmi nəticəsində qarşısı alındı. Lakin istənilən halda Ermənistan diasporu dünya mediasını öz tərəfinə çəkdi. Bütün planet 44 günlük müharibəni düşmənin gözüylə gördü. Çoxları hələ də elə bilir ki, Ermənistan günahsızdır. Bax, bizim ortaq media platformamız bu fikirləri dəf edəcək. Ermənilərin fitnələrindən sonra sözügedən təşəbbüs daha zəruridir.
– Bildiyiniz kimi, qarşı tərəf ard-arda dezinformasiyalar yayırdı. Peşəkar jurnalist kimi onlara cavabınız nədir?
– Biz erməniləri ən yaxşı tanıyan millətik. Həmişə onları qorumuş, hətta ciddi vəzifələr vermişik. Sadiq millət olduqlarını düşünürdük. Osmanlının son illərində dövləti idarə edənlərin iyirmi faizi erməni idi. Amma onlar nə etdi? Dövləti içindən dağıtdılar. Əvvəl ayrılıq yaratdılar, sonra da bizi soyıqırımda günahlandırıb, özləri qətllər törətdilər. Onlar farsların, amerikalıların, fransızların təhdidlərilə bizə düşmən oldular. Yəni sadiq yox, qul, xain millətdilər. Ona görə də başlarıı heç vaxt dik olmayıb və olmayacaq. Sadəcə müvəqqəti zəfərlərlə kifayətlənə bilərlər. Əslində isə hər zaman məğlubiyyətə məhkumdurlar. İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Oyun, hiylə, dezinformasiyalarla zəfər yox, xidmət göstərirlər. İki milyonluq Ermənistan indi yoxsulluqla, aclıqla, tənhalıqla baş-başa qalıb. Bax, yalan yazmağın nəticəsi budur!
– Tarixi zəfərimizi necə qiymətləndirirsiniz?
– Azərbaycan, həqiqətən, tarixi zəfərə imza atdı. Amma bu qələbə dünənin yox, 25 illik səbrin, əzmin, qərarlılığın nəticəsidir. Bir türk əsla və əsla vətənindən ayrı qalmaz. Tez-gec geri qayıdar! Azərbaycan bunu nə unutdu, nə də unutdurdu. Siz iqtisadi və hərbi baxımdan çox mühüm addımlar atdınız, əsgərlər yetişdirdiniz. Beləliklə, məqsədinizə çatdınız. Bu qələbə türkün son yüz ildəki ən böyük zəfəridir.
– Sizcə, bundan sonra, xüsusilə Azərbaycan- Türkiyə qardaşlığı nəticəsində regionda nələr dəyişəcək?
– Bu iki dövlət təkcə qardaş yox, həm də partnyordurlar. Yəni qan birliyi indi həm də iqtisadi birliyə çevrilib. Sadəcə mənim bildiyim yüzlərlə cütlük var ki, tərəflərdən biri türk, biri azərbaycanlıdır. Bu rəqəm hər ötən gün artır. Bəlkə, belələri yüz minlərlədir. Vətən müharibəsi nəticəsində ölkələrimiz Naxçıvan tərəfdən birbaşa sərhəd qonşusu oldular. Yəni gedişat türk birliyinə doğrudur. İqtisadi cəhətdən güclü dövlətlərdən ibarət və Avropa Birliyinə bənzər Türk ittifaqının yaradılması artıq xəyal deyil. Beləliklə, Azərbaycan Qafqazın, hətta Orta Asiyanın ən güclü dövlətlərindən olacaq. Gələcək on ildə Rusiya və İranın Azərbaycana təsiri qalmayacaq. Ölkəmiz daha da güclənəcək, sanki yenidən doğulacaq. Bu baxımdan, türkün son yüz ildəki möhtəşəm zəfərini bir daha təbrik edir, şəhidlərimizi hüznlə anıram.