Cümə , 17 May 2024
Drone Cameras

Türkiyənin ABŞ və Qərbə qarşı sərt mövqe tutmasının səbəbi nədir? – ŞƏRH

ABŞ Dövlət katibi Entoni Blinken Türkiyədə səfərdədir.

Blinken səfər əsnasında Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan ilə bir araya gəlib. Görüş zamanı diqqətdən qaçmayan bir məqam hər kəsin marağına səbəb olub. Blinken Hakan Fidanla görüşdüyü zaman onu qucaqlamaq istəsə də, Fidan ona izin verməyib. Bu hərəkət həm sosial şəbəkələrdə, həm də mediada günün mövzusuna çevrilib.

Türkiyənin ABŞ-a qarşı sərt mövqe tutmasının səbəbi İsrail-Fələstin münaqişəsidir.

Bəs Türkiyənin ABŞ-a qarşı bələ sərt mövqe tutmasının altında hansı səbəblər yatır?

Entoni Blinken Türkiyəyə gəlmədən öncə bir neçə ölkədə də səfərlərdə oldu. Səfərdə olduğu ölkələrdə də sərt reaksiyalar ilə qarşılaşıb. İraqda olduğu zaman ABŞ səfirliyinin önündə mitinqlər keçirilib və Blinken görüş zamanı güllə keçirməyən jilet geyinib. Bu isə digər ölkələrdə də ABŞ-a qarşı sərt mövqenin olduğunu göstərir.

Blinken Türkiyəyə gəldiyi zaman təyyarədən endiyi an onu qarşılamaq üçün heç bir rəsmi heyətin gəlməməsi diqqətlərdən qaçmayıb.

Bundan bir-neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Netanyahu ilə bağlı “biz onu silmişik”, ondan bir gün öncə isə Türk dövlətlərinin görüşü zamanı “İsraili qınayırıq” deməsi vəziyyətin nə qədər ciddi olduğunu bir daha göstərir. Həm Tel-Əvivin, həm də Ankaranın öz səfirlərini geri çağırması iki ölkə arasında vəziyyətin gərginləşdiyini bir daha göstərir.

Bəs Türkiyə bunu etməklə nə mesaj verir? Həm Hakan Fidanın, həm də Ərdoğanın belə etməsi Türkiyənin birmənalı olaraq bölgədə özünün söz sahibi olduğunu göstərir Bu məsələdə ABŞ-ın İsrailə tərəf olması və Qərbin müharibə üçün atəşkəs istəməməsi Türkiyənin də öz sözünü deməsinə gətirib çıxarır. Ərdoğan hər iki ölkəni ortaq məxrəcə gətirmək üçün hazır olduğunu bildirib. İsrail isə bu məsələyə yaxın gəlmir. Bu isə Türkiyənin artıq bu məsələyə sərt reaksiya verməsinə təsir göstərir. Bölgədə söz sahibi olan Türkiyənin atəşkəsin olması üçün etdiyi təkliflər qəbul edilmədiyi halda Türkiyə həm ABŞ-a, həm də İsrailə qarşı sərt mövqe tutur.

Check Also

III Dünya müharibəsi başlayıb: dünyanın xəritəsi dəyişir

“Misir Prezidenti Əl Fəttah-əl Sisi Fələstinlə İsrail arasında vasitəçiliyi təklif edib. Daha əvvəl Türkiyə də …