Türkiyənin “Qoruyucu ailə sistemi” Azərbaycanda da tətbiq olunacaq.
Bu barədə “Boyukmillet.com” Türkiyə mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, Türkiyədə qoruyucu ailə modelinin ölkəmizdə tətbiqi ilə bağlı ötən ildən başlanmış işlər çərçivəsində bu ölkənin Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən azərbaycanlı mütəxəssislərə təlim keçirilib.
Nazirlikdən verilən məlumata görə, Azərbaycanın müraciəti əsasında Türkiyədə qoruyucu ailə xidməti modelinin ölkəmizdə də tətbiqi istiqamətində əməkdaşlıq davam edir.
Mütəxəssislər Azərbaycanın sosial müdafiə sahəsində çalışan 60 peşəkar işçiyə Türkiyədə həyata keçirilən himayədar ailə xidmətinin tətbiqi prinsipləri, uşaqların himayə altına alınması prosesləri, himayədar ailə modelləri, himayədarlara edilən ödənişlər, himayədar ailə təlimləri və sosial-iqtisadi dəstək xidməti mövzusunda tətbiq prinsipləri mövzusunda təlim keçiblər.