Bazar , 23 Fevral 2025
Drone Cameras

Türkiyənin Azərbaycan ərazisindən keçmiş 2-ci ixrac qatarı Çinə çatıb

Türkiyədən Çinə ixrac yükləri daşıyan ikinci konteyner qatarı artıq Sian şəhərinə çatıb.

Bu barədə  “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) törəmə müəssisəsi – “ADY Konteyner” MMC-dən bildirilib.

Məlumata görə, blok qatarı hər biri 40 futluq olmaqla 42 konteynerdən ibarətdir. Konteynerlər Çin ilə Avropa arasında dəmir yolu üzrə yükdaşımaların mərkəzi rolunu oynayan Siana 16 günə çatdırılıb. Qeyd edək ki, Türkiyədən Çinə ixrac yükləri daşıyan ilk qatar Qazaxıstanla sərhədə rekord müddətdə – 10 gün ərzində çatmışdı. Bu, daşımanın operatoru olan Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri “Pasifik Eurasia Logistics” (Türkiyə), “GR Logistics” (Gürcüstan), “ADY Konteyner” (Azərbaycan) və “KTZ Express” (Qazaxıstan) şirkətləridir. Qatar təyinat məntəqəsinə ümumilikdə 2 qitə, 2 dəniz və 5 ölkə keçərək çatıb.

Türkiyədə istehsal edilmiş məhsulları Çinə daşıyan konteyner qatarları ayda 2 dəfə olmaqla müntəzəm hərəkət edəcək.

Check Also

Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində …