Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Türkiyənin Azərbaycandakı səfirliyində bayraqlar yarıya endirilib

Türkiyənin Azərbaycandakı səfirliyində bayraqlar yarıya endirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı yanvarın 20-də Şəhidlər xiyabanında jurnalistlərə açıqlamasında deyib.

“Bu gün qardaş Azərbaycanın matəm günüdür. Səfirliyimizdə bayraqlar yarıya endirilib. Torpaq, uğrunda ölən varsa, vətəndir. 20 Yanvar azadlıq uğrunda yandırılan bir məşəldir. O gecə qəhrəmanlar həyatlarını qurban verdilər. Bu gün hürriyyət, azadlıq arzusunun başladığı tarixdir. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. İnanırıq ki, bütün şəhidlər sadəcə Azərbaycan xalqının deyil, Türkiyə xalqının da ürəyində yaşayır və əbədi olaraq yaşayacaq”, – diplomat bildirib.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …