Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Türkiyənin hakim partiyası İran rəhbərliyini Azərbaycan səfirliyinə hücumu araşdırmağa çağırıb

“Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra regionda yeni reallıqlar yaratdı. Biz bununla fəxr edirik”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuş bildirib.

“Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində şəhid olan qardaşımıza Allahdan rəhmət diləyirəm. Ümid edirəm ki, İran rəhbərliyi hadisəni araşdıracaq. Dünyanın hər yerində diplomatik missiyaların təhlükəsizliyi beynəlxalq qanunvericiliyə uyğun təmin olunur. Bu, vacib məsələdir”, – o vurğulayıb.

AK Parti sədrinin müavini, keçmiş Baş nazir Binəli Yıldırım da Azərbaycan xalqına başsağlığı verib: “Azərbaycanın Tehrandakı səfirliyinə olan hücumu qınayıram. Allah hücum nəticəsində şəhid olan qardaşımıza rəhmət eləsin. Can Azərbaycana başsağlığı verirəm”.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …